İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" MMC ofis icarəyə götürmək üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Şahverdiyeva Naze Həsən qızıdır.
Qalibə 13 min manat ödəniləcək.(Report)