Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Simplex” QSC olub. Şirkətlə 6 784 911 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl qurumun 12 426 723 manat məbləğində “"Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması” tenderinin qalibi seçilib (04.11.2022).
Onu da əlavə edək ki, şirkət 2015-ci ilin iyunundan fəaliyyət göstərir. Əsas fəaliyyəti şirkətlərin ofis ləvazimatları ilə təchiz edilməsidir