Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Kompüter və noutbukların satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC olub. Şirkətlə 39 412 430 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Ədliyyə Nazirliyi Qeydiyyat Və Notariat Baş İdarəsinin 599 968 manat məbləğində “Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun 2022-ci ildə saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərin satın alınması barədə” tenderinin qalibi seçilib (21.07.2022).
Xatırladaq ki, 1995-ci ildə yaradılan Bestcomp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir.