Səhiyyənin Təminat Mərkəzi mal material dəyərlərinin könüllü Əmlak sığortası növü üzrə sığortalanması xidmətinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1008078521
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası. Bakı şəhəri, AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Müsabiqənin başlama tarixi və vaxtı:v03.11.2023 17:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.11.2023 09:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.12.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı:v07.12.2023 09:30
25 000 000 manat dəyərində anbarda olan mal-materialların könüllü sığortalanması - Dərman, vaksin, dezinfeksiyaedici vasitələr, laboratoriya tədqiqatları və müayinələrinin aparılması üçün materiallar, şüa diaqnostikası üçün materiallar, sarğı ləvazimatları, yumşaq və bərk inventarlar - 1 il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü, mikro, kiçik, orta və ya iri sahibkarlıq meyarlarına uyğun olması barədə arayış;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Bank rekvizitləri
Malgöndərənin (podratçının) son bir il ərzində fəalyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
“Tender iştirakçısının komplekt anket" Forması;
Tender predmeti ilə bağlı malgöndərənin lazım bildiyi digər sənədlər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Leyla Qarayeva, mütəxəssis
Email: [email protected]
Əlaqə telefonnu: 077-201-12-02