Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortası məqsədilə sığorta şirkətinin seçimi ilə bağlı tender elan edib.
Dövlət Neft Fondunun elan etdiyi tenderin nəticələri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Tenderdə iştirak haqqı – 250 manatdır.
Şirkətlərdən təkliflər 15 noyabr 2023-cü il saat 18:00-dək qəbul olunur.
İddiaçıların təkliflərinin açılması 16 noyabr 2023-cü il saat 17:00-da baş tutacaq.
Şərtlərə görə, ARDNF-nin bu istiqamətdə sığorta xidmətləri 12 ay müddətinə hesablanacaq.
Hazırda ARDNF-nin KTS üzrə sığortaçısı “AtaSığorta” sığorta şirkətidir. (İnterfaks-Azərbaycan)