Səhiyyə Nazirliyi “Könüllü tibbi sığorta xidməti (Qlobal Fond HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Programın Lahiyəsinin Əlaqələndirmə Bürosu)” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 22-də başlayır. Təkliflər martın 9-dək təqdim edilməlidir. Zərflər martın ayının 10-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1400049171
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Çatdırılma yeri: Bakı şəhəri ,Tərlan Əliyərbəyov küçəsi 3
Çatdırılma müddəti: 12 ay
KÖNÜLLÜ TİBBİ SIĞORTA XRONİKİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ SIĞORTALININ SIĞORTA DÖVRÜNDƏN ƏVVƏL MÖVCUD OLAN HALLARIN MÜALICƏSI TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM
- Həftədə 7 gün, 24 saat ərzində ixtisaslı kadrlarla komplektləşdirilmiş TTTY briqadalarının çıxışının təşkili;
- İlkin müayinə və ilkin diaqnozun müəyyən edilməsi; - EKQ və onun oxunması; - Tam dərman təchizatı; - Xəstəxanaya yerləşdirmə;
- Azərbaycan Respublikasının quru ərazisində tibbi evakuasiya (uçuş vasitələri istisna olmaqla). AMBULATOR- POLİKLİNİK YARDIM - Tibbi yardım , - Bütün profillər üzrə ixtisaslı mütəxəssislərin baxışı;
- Diaqnostika: - Funksional diaqnostika, laboratoriya tədqiqatları;
- Müalicə; - Mütəxəsislərin evə və ya oifisə çağrılışı;
- Göstəricilərə əsasən mütəxəsislərin təyinatının evdə icrası;
FİZİOTERAPİYA VƏ MÜALİCƏVİ MASAJ - Fizioterapiya – sığorta müddəti ərzində ən azı 10 prosedur Müalicəvi masaj – sığorta müddəti ərzində ən azı 10 prosedur
HOSPİTALİZASİYA VƏ STASİONAR YARDIM - Planlı və təcilli hospitalizasiya; - Bütün növ terapevtik cərrahiyyə müalicəsi;
- İkinəfərlik palatalar ilə təminat; - Bütün profillər üzrə ixtisaslı mütəxəsisslərin konsultasiyası;
- Diaqnostika: - Funksional diaqnostika, laboratoriya tədqiqatları;
- Tam dərman təchizatı;
- Qidalandırma;
- Cərrahiyyə əməliyyatından sonrakı qulluq və reablitasiya
TƏCİLİ VAKSİNASİYALAR
Proqram quduzluq, tetanus əleyhinə təcili vaksinasiyaları əhatə edir.
STOMATOLOJİ YARDIM Proqram bu sahə üzrə ixtisaslı mütəxəssislər tərəfindən göstərilən planlı və təcili stomatoloji xidmətləri özündə əhatə edir.
- Həkim – stomatoloqun müayinəsi;
- Diaqnostika tədqiqatları (rentgen- diaqnostika və s.);
- Anesteziya; - Pulpitin və kariyesin müalicəsi (səthi, orta, dərin);
- Plomblama; - Dişin çəkilməsi; - Periodontitın müalicəsi;
- Üz çənə nahiyəsində fleqmon və absessin yarılması;
- Diş daşlarının təmizlənməsi ildə 1 dəfə;
DƏRMAN TƏCHIZATI VƏ DƏRMANLARIN ÇATDIRILMASI Proqram müqavilənin şərtlərinə müvafiq olaraq müalicə edən həkimin yazdığı və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərman preparatlarının pulsuz təminatını özündə ehtiva edir. Müalicə həkim tərəfindən yazılmış resept yazildığı tarixindən 10 təqvim qünü ərzində etibarlıdır. Təyin olunmuş dərmanlar birdəfəlik 1 aylıq müalicə kursundan çox olmamaq şərti ilə buraxılır.
PROFİLAKTİK TİBBİ MÜAYİNƏ Profilaktik tibbi müayinə ildə bir dəfə olmaqla Sığortalı ilə razılaşdırılmış vaxtda Sığortaçının təyin etdiyi Tibb Müəssisəsində keçiriləcək və özündə aşağıdakı xidmətləri ehtiva edəcək: - Terapevtin müayinəsi; - Oftalmoloqun müayinəsi; - EKQ (elektrokardioqramma);
- Qanın ümumi analizi (leykosit, hemoqlobin, EÇS);
- Qarın boşluğunun ultrasəs müayinəsi (USM).
QRİPƏ QARŞI VAKSİNASİYA İLDƏ BİR DƏFƏ OPTIKA
Limit – müqavilə üzrə 4 hadisə, hər hadisə üzrə Görmə qabiliyyətin korreksiya məqsədiylə həkim tərəfindən təyin edilmiş optik eynək və linzalar ilə təminat