Minatəmizləmə Agentliyi “İşçilərin tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır. Müsabiqə fevral ayının 20-də başlayır.Tələb olunan sənədlər martın 13-dək, təkliflər isə martın 28-dək təqdim edilməlidir. Zərflər mart ayının 29-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1400163961
Satınalan təşkilatın ünvanı: AZ1108, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260
Çatdırılma yeri: Ölkənin müxtəlif şəhər və rayonları
Çatdırılma müddəti: Əsas şərtlər toplusuna uyğun olaraq
Qeyd: sifarişə 50 nəfərlik işçilərin könüllü tibbi sığortası (rəhbər heyət üçün), 2100 nəfərlik işçilərin könüllü tibbi sığortası (digər işçilər üçün) və 2150 nəfərlik işçilərin fərdi qəza sığortası daxildir.