Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, ödənilməsi, geri qaytarılması, ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydaları müəyyən edilib.
Elektron satınalmanın keçirilməsi qaydaları - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Portaldan istifadə üçün ödənilən istifadə haqqının məbləği
“Dövlət satınalmaları haqqında” Qanunun 28.1-ci maddəsinə uyğun olaraq satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün təchizatçılar tərəfindən aşağıdakı məbləğlərdə istifadə haqqı ödənilir:
Birdəfəlik
Təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan istifadə haqqı 25 manat
İstifadə müddətinə uyğun
30 gün 120 manat
90 gün 300 manat
180 gün 550 manat
365 gün 950 manat
Təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləği
“Dövlət satınalmaları haqqında” Qanunun 28.1-ci maddəsinə uyğun olaraq satınalmalarda iştirakla əlaqədar portaldan istifadə etmək üçün təchizatçılar tərəfindən aşağıdakı məbləğlərdə istifadə haqqı ödənilir:
5000 manatadək 10 manat;
5000 manatdan 100 000 manatadək 0,2%;
100 000 manatdan 200 000 manatadək 250 manat;
200 000 manatdan 500 000 manatadək 350 manat;
500 000 manatdan 1 000 000 manatadək 450 manat;
1 000 000 manatdan 2 000 000 manatadək 600 manat;
2 000 000 manatdan 5 000 000 manatadək 1000 manat;
5 000 000 manatdan 10 000 000 manatadək 1500 manat;
1 000 0000 manatdan yuxarı 0,015% (10 000 manatdan çox olmamaqla);