Sahibkarlığın İnkişafı Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi xidmətinin satnalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305619841
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 172
Müsabiqənin başlama tarixi və vaxtı: 10.08.2023 17:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 31.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 11.09.2023 17:00
Ödəniş şərtləri - müqaviləyə əsasən
Çatdırılma yeri - Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi, 172
Çatdırılma müddəti - 2024-cü ilin aprel ayının sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Asəf Əsədli, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994123102301 (daxili: 3440)
1. Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndirmək; 2. Fondda tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) müvafiqliyinin qiymətləndirilməsi; 3. Fondun 31 dekabr 2023-cü il üzrə maliyyə hesabatlarının MHBS-ın əsas prinsiplərinə uyğunluğunun təsdiq edilməsi; 4. MHBS və MUBS-a olan düzəlişlərin və yeni standartların Fondun mövcud uçot siyasətinə təsiri barədə tövsiyələrin verilməsi; 5. Fondun maliyyə hesabatlarında əks olunan aktivlərinin və öhdəliklərinin təsnifləşdirilməsinin auditi; 6. Fondun gəlir və xərc maddələrinin auditi; 7. Fondun MUBS-a görə bütün mümkün risklərinin, o cümlədən orta və uzunmüddətli likvidlik mövqeyinin qiymətləndirilməsi; 8. Fondun kapital strukturunun təhlili; 9. Əldə edilmiş audit sübutlarına əsaslanaraq Fondun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi, qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarmaq; 10. Auditin nəticələri barədə hazırlanacaq audit rəyi iki nüsxədə - azərbaycan və ingilis dillərində tərtib edilməlidir.