Sahibkarlığın İnkişafı Fondu İT infrastrukturunun kənar auditinin aparılması xidmətlərinin satınalınması iiə bağlı əkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305619841
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 172
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.08.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 21.08.2023 15:00
Çatdırılma yeri - Bakı şəhəri A.M.Şərifzadə 172
Çatdırılma müddəti - 30.09.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Taleh Əliyev, baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994123102301 (3488)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Əsas və Rezerv Data Mərkəzin İnfrastruktur Auditi (Auditin nəticəsi olaraq geniş Hesabatın hazırlanması və tapılmış nöqsanların aradan qaldırılması istiqamətində tövsiyyələrin (texniki şərt) verilməsi) |
1. Giriş xəttindən işlədicilərə qədər avtomatların selektivliyinin yoxlanılması 2. Bütün kabel xətlərinin en kəsiklərinin işlədiciyə və avtomata görə hesabatının aparılması 3. Elektrik panellərinin daxilində montaj işlərinin düzgün aparılması 4. UPS-in çıxışında İT yüklərin qidalandırılma etibarlığını yoxlamaq üçün elektrik panelin tədqiqi 5. Şkaflara enerjinin verilməsinin təhlil edilməsi 6. PDU-ların verdiyi imkanlardan istifadə dərəcəsinin yoxlanılması 7. PDU-ların A və B bölgüsünə uyğun yüklənməsinin hesabatı 8. Ümumi sahəyə və İT gücünə görə soyutma gücünün hesabatı 9. Soyuducu qurğuların yerləşmə formasının ümumi soyutma gücünə təsiri 10. Əlaqəli (aralarında xəbərləşmə olan) soyuducu qurğularının işləmə şəraitlərinin təhlili 11. Qəza hallarında İT gücünün tam soyudulması üçün minimum soyutma gücünün təyin edilməsi 12. Otağın sahəsinə görə yanğın söndürmə qazın həcminin hesablanması 13. Yüksəldilmiş döşəmənin otağ üçün effektivliyinin yoxlanılması. 14. Yanğın söndürmə sisteminin zonalara düzgün və aydın formada bölünməsi 15. Yanğın sisteminin tələblərə uyğun işlədiyinə dair test işlərinin aparılması və hesabatın hazırlanması 16. Access control sisteminin ümumi yoxlanılması 17. Access control sisteminin təhlükəsizliyinin (kart oxuyucularının real vaxtlar ilə test edilməsi, işçi personalın “access level”-ə uyğunluğunun yoxlanılması) 18. Data Mərkəzin yerləşmə planına uyğun olaraq access control sisteminin düzgün qurulması 19. Təhlükəsizlik kameraların yerləşmə planına uyğun olaraq qurulması 20. Kameraların təhlükəsizliyinin test edilməsi (dəqiq vaxt və tarixlər əsasında düzgün işləməsi, yaddaş həcminin yoxlanılması) 21. Elektrik panellərinə qızmalara xüsusi avadanlıqlarla baxış və nəticələrin analiz edilməsi. 22. Yoxlamadan əvvəl üçün yoxlama vərəqinin(checklist) təmin edilməsi. 23. Təkmilləşdirmə işləri üçün texniki şərtlərin verilməsi |
1 |
ədəd |
2 |
Server Storage Auditi (Auditin nəticəsi olaraq geniş Hesabatın hazırlanması və tapılmış nöqsanların aradan qaldırılması istiqamətində tövsiyyələrin (texniki şərt) verilməsi) |
1. Əsas Data Mərkəzdə istifadə edilən Serverlərin Modellərin markaların aktual olması 2. Əsas Data Mərkəzdə istifadə edilən serverlərdə istifadə olunan proqram təminatının (Firmvare driver) aktual olması 3. Əasa Data Mərkəzdə istifadə olunan serverlərin yaddaş qurğuların bütövlüyünü və proqram təminatının aktual olması 4. Əsas Data Mərkəzdə istifadə olunan serverlərin qida bloklarının saz vəziyəttə olmasını. 5. Rezerv Data Mərkəzdə istifadə edilən Serverlərin Modellərin markaların aktual olması 6. Rezerv Data Mərkəzdə istifadə edilən serverlərdə istifadə olunan proqram təminatının (Firmvare driver) aktual olması 7. Rezerv Data Mərkəzdə istifadə olunan serverlərin yaddaş qurğuların bütövlüyünü və proqram təminatının aktual olması 8. Rezerv Data Mərkəzdə istifadə olunan serverlərin qida bloklarının saz vəziyəttə olmasını. 9. Əsas Data Mərkəzdə Storage avadanlıqların modellərin və markaların aktual olması 10. Əsas data mərkəzdə Storage avadanlıqların proqram təminatının aktual olması 11. Əsas Data Mərkəzdə Storage avadanlıqlarının yaddaş qurğularının bütövlüyünü və proqram təminatının aktual olması 12. Rezerv Data Mərkəzdə Storage avadanlıqların modellərin və markaların aktual olması 13. Rezerv data mərkəzdə Storage avadanlıqların proqram təminatının aktual olması 14. Rezerv Data Mərkəzdə Storage avadanlıqlarının yaddaş qurğularının bütövlüyünü və proqram təminatının aktual olması 15. Qurumda istifadə olunan Əməliyyat sistemlərinin aktual olması 16. Qurumda istifadə olunan İnformasiya Resursların topologiyası 17. Qurumda İstifadə olunan Backup Sistemi uyğun olması 18. Qurumda istifadə olunan Monitoring sistemin əhatə dairəsi 19. Qurumda istifadə olunan Monitoring sistemin uyğun olması 20. Qurumda istifadə olunan Texniki Dəstək sistemi 21. Qurumda istifadə olunan End User lisenziyaların uyğunluğu 22. Qurumda istifadə olunan Antivirus sistemin uyğunluğu 23. Qurumda istifadə olunan verilənlər bazaların analizi 24. Qurumda istifadə olunan verilənlər bazaların Cluster olub olmaması |
1 |
ədəd |
3 |
Şəbəkə avadanlıqların Auditi (Auditin nəticəsi olaraq geniş Hesabatın hazırlanması və tapılmış nöqsanların aradan qaldırılması istiqamətində tövsiyyələrin (texniki şərt) verilməsi) |
1. Əsas Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların Model və Markaların aktual olması 2. Əsas Data Mərkəzdə istifadə olunan Şəbəkənin dayanıqlığı 3. Əsas Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların proqram təminatın aktual olması 4. Əsas Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların konfiqurasiya düzgün olması 5. Rezerv Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların Model və Markaların aktual olması 6. Rezerv Data Mərkəzdə istifadə olunan Şəbəkənin dayanıqlığı 7. Rezerv Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların proqram təminatın aktual olması 8. Rezerv Data Mərkəzdə istifadə olunan Şəbəkə avadanlıqların konfigurasiya düzgün olması 9. Əsas Və Rezerv Data Mərkəz arası əlaqənin düzgün ayarlanması 10. Qurumda istifadə olunan Enterprise şəbəkə avadanlıqların aktual olması 11. Qurumda istifadə olunan Enterprise şəbəkə avadanlıqların dayanıqlığı |
1 |
ədəd |