FED.az TENDER xəbər verir ki, Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti mətbəx, əyləncə avadanlıqlarının və mebellərin cari təmiri xidmətlərinin və işlərinin satınalınması üçün açıq tender elan edir
Tender 1 lot üzrə keçirilir.
Lot-1. “Şahdağ Turizm Mərkəzi” ərazisində yerləşən mətbəx, əyləncə avadanlıqlarının və mebellərin cari təmiri xidmətlərinin və işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lot üçün öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar +994 (012) 465-09-45 və ya +994(77) 2773260 nömrəli telefona müraciət edə bilərlər (əlaqələndirici şəxs Tural Quluzadə).
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi döngə 2, 2B nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 300 manatdır.
Hh: AZ53AİİB33010019444805754148
VÖEN: 4700664781
Bank: “Kapital Bank”ASC-nin Qusar filialı
Kod: 200480
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri
qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu,
qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Sənədlər Azərbaycan dilində tərtib
olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün tələb olunan sənədləri 24 dekabr 2018-ci il saat 16.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 4 yanvar 2019-cu il saat 16.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 7 yanvar 2019-cu il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi döngə 2, 2B nömrəli ünvanda açılacaqdır.
“Şahdağ Turizim Mərkəzi” təmirçi axtarır – TENDER ELANI
10:57
4 Dek 2018