Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti "Ricon" MMC (VÖEN: 1900014631) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, müqavilədə Masallı şəhəri, H.Əliyev prospekti ilə Qarabağ küşəsinin kəsişməsində 2 mərtəbəli, 10 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur.
Bunun üçün "Ricon" MMC şirkətinə 986 626 manat ödəniləcək.