Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi “Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Ricon" MMC olub. Şirkətlə 1 milyon 006 min 009 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Saatlı Suvarma Sistemləri İdarəsinin 398 min 513 manat dəyərindəki “Kanalların və kollektor drenajların lildən təmizlənmə işinin satınalınması” (05.11.2022) tenderini qazanıb.