Gəncə Şəhər İH yol nişanlarının işarələnməsi üçün boya alışına 5 milyon manat yönəldəcək.
Eləcə də bax: Ağsuda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərində bəzi küçə və prospektlərdə avtomobil yollarında nişanlama xətlərinin çəkilməsi üçün yol cizgi boyasının satın alınmasına 5 milyon manata yaxın vəsait yönəldəcək.
Gəncə Şəhər İcra Hakimiyyəti İH “NB Trading” ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 4 milyon 979 min 775 manatdır.