Azərbaycan Turizm və Menecment Universiteti "Avtomobillərin texniki xidmət və lazım olan ehtiyat hissələrin dəyişdirilməsi" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, keçirilmiş müsabiqənin nəticəsinə əsasən "Nurgün Motors" MMC (VÖEN: 1400278021) qalib seçilib.
Tenderin dəyəri 25 654 manatdı sr.
Qeyd edək ki, "Nurgün Motors" MMC bundan əvvəl Bədən Tərbiyəsi və İdman Akademiyasından 38 999 manat dəyərində "Nəqliyyat vasitələrinin 2023-cü il üçün servis xidmətinin təşkili işinin satınalınması" tenderi üzrə sifariş alıb.
Şirkət keçirilmiş müsabiqələr üzrə 2019-cu ildən indiyədək 13 tenderin qalibi seçilib. Azərbaycan Turizm və Menecment Universiteti də 13 tender üzrə müxtəlif şirkətləri qalib seçib.