"İçərişəhər" Muzey Mərkəzi audit xidməti ilə bağlı kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, sorğuda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 100 manatdır..
Satınalan təşkilatın VÖEN-i: 1702532651
Satınalan təşkilatın ünvanı: Böyük Qala, 41
Müsabiqənin başlama tarixi və vaxtı: 16.03.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 19.04.2023 11:00
Çatdırılma yeri - İçərişəhər, Böyük Qala 41
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 30 iyun 2023-cü il
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Babayev Murad, Mühasib
Email: [email protected]
Əlaqə telefonu: +994124922910
Xidmətin adı: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin 31.12.2022-ci il tarixndə tamamlanan hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə vəziyyəti haqqında hesabatdan, Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, Kapitalda dəyişikliklər haqqında hesabatdan, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan və Maliyyə Hesabatları üzrə Şərhlər və İzahlı Qeydlərdən ibarət illik maliyyə hesabatlarının auditinin aparılması və audit rəyinin verilməsi Xidmətin məqsədi: Bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhriflərin olmaması ilə bağlı kifayət qədər əminlik əldə etmək və nəticədə maliyyə hesabatlarının bütün əhəmiyyətli hallarda müvafiq maliyyə hesabatları qaydalarına uyğun hazırlanıb-hazırlanmadığına dair auditor rəyinin bildirilməsi. Audit rəhbərliyə aşağıda sadalananları aşkar etməyə imkan verir: • mühasibat uçotunun müvafiq qaydalara uyğun aparılıb-aparılmaması; • maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb-hazırlanmaması; • həyata keçirilən əməliyyatların qanunauyğun və məqsədəmüvafiq olub-olmaması; • faktiki çəkilən xərclərin planlaşdırılmış smetaya müvafiq olub-olmaması; • mühasibat uçotunun aparılmasında mövcud olan çatışmazlıqlar; • ilkin uçot sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq olub-olmaması; • vergi, maliyyə, hüquqi və idarəetmə risklərinin aşkar edilməsi; • daxili nəzarət sisteminin təşkilində zəif yerlərin aşkar edilməsi; • mühasibat uçotunun əmlakın səmərəli idarə olunma alətinə çevrilməsi; • cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi. Auditlə aşağıdakı sahələr əhatə olunur: 1. Dövlət qeydiyyatı sənədləri: Əsasnamə (nizamnamə); VÖEN; dövlət resyestrindən çıxarış. 2. Müqavilələr: xidmət müqavilələri; mülki-hüquqi müqavilələr; icarə və kirayə müqavilələri; alqı-satqı müqavilələri; sazişlər və razılaşmalar; öhdəliyin ötürülməsinə/qəbul edilməsinə dair müqavilələr icbari və könüllü sığorta müqavilələri; digər müqavilələr. 3. Vergi bəyannamələri və digər rəsmi hesabatlar: vergi bəyannamələri və vergi orqanına təqdim edilmiş arayışlar; vahid bəyannamə; statistika hesabatları; digər rəsmi hesabatlar. 4. İşçilərlə hesablaşmalar: əmək müqavilələri; işçilərin işə davamiyyət cədvəlləri (tabellər) işçilərə əmək haqqının hesablanması cədvəlləri; işçilərə məzuniyyət haqqının, xəstəlik müavinətinin, ezamiyyə xərclərinin və digər ödənişlərin hesablanması cədvəlləri; ştat cədvəlləri. 5. Gəlirlər: Məqsədli maliyyələşməni (büdcədən ayrılmış subsidiyaları) təsdiqedici sənədlər; Malların satışından (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirlərə dair təsdiqedici sənədlər (müqavilələr, göndərilmiş e-qaimələr, təhvil-qəbul aktları, üzləşmə aktları və s.) 6. Xərclər: xərclərə dair təsdiqedici sənədlər (müqavilələr, təhvil-qəbul aktları, daxil olmuş e-qaimələr, üzləşmə aktları və s.) 7. Qısamüddətli öhdəliklər: Büdcə ilə və büdcədənkənar fondlarla hesablaşmalar üzrə öhdəliklər; Qısamüddətli kreditor borcları; Sair qısamüddətli öhdəliklər. 8. Aktivlər (uçot sənədləri): uzunmüddətli aktivlər: torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər; gələcək hesabat dövrlərinin xərcləri, verilmiş avanslar; qısamüddətli aktivlər: ehtiyatlar, qısamüddətli debitor borcları; sair qısamüddətli aktivlər. 9. Aktlar: malların, işlərin və xidmətlərin təhvil-qəbul aktları; əmlakın ləğvi (balansdan silinməsi) haqqında aktlar. İnventarizasiyanın yekun cədvəlləri. 10.Mühasibat uçotu: uçot siyasəti; illik gəlirlər və xərclər büdcəsi (olduğu halda); illik xərclər smetası; mühasibat uçotunun ilkin uçot sənədləri (seçmə yolu ilə baxış üçün); mühasibat uçotu registrləri; bank çıxarışları, pul vəsaitlərinin hərəkətinə dair digər təsdiqedici sənədlər, mədaxil və məxaric orderləri, kassa çekləri, kassa kitabları, kassirin hesabatları və s. mal-materialların ambar uçotu, ambardarın hesabatları və digər maddi-məsul şəxslərin material hesabatları, maddi qiymətlilərin hərəkətini təsdiqedici sənədlər; təhtəlhesab şəxslərlə hesablaşmalara aid sənədlər (maddi-məsul şəxslərin avans hesabatları, təsdiqedici sənədlər). 11. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin 31.12.2022-ci il tarixində tamamlanan hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış illik maliyyə hesabatları, o cümlədən: 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə) 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (xərclərin funksiyaları üzrə) (2 nömrəli əlavə) 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə) 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat hesabat (birbaşa metod) (4 nömrəli əlavə) 31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və İzahlı Qeydlər
(Kotirovka sorğusu 06.04.2023 tarixində yenilənib)