"DOST" Agentliyi audit xidməti ilə əlaqədər təklfilər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Agentlik, "DOST" mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: -
Satınalan təşkilatın ünvanı: Bakı ş., İ.Qutqaşınlı 86.
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 06.04.2023 17:40
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 20.04.2023 15:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.