"Azərsu" ASC “Nəqliyyat vasitələrinin və xüsusi texnikanın satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Grand Motors Company" QSC olub. Şirkətlə 744 915 manat məbləğində müqavilə imzalanıb.
“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurub.