Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “İstehsalat nəqliyyat vasitələrinin (təkərli ekskavatorların) satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Grand Motors Company" QSC olub. Şirkətlə 7 milyon 176 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə həmçinin Respublika Endokrinoloji Mərkəzinin 27 min 070.03 manat dəyərindəki “Maşın və avadanlıq mallarının satınalınması“ tenderi üzrə müqavilə imzalanıb (23.12.2022) .
“Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilib. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurub.