"Azərsu" ASC Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
Eləcə də bax: Azərsu “Ağ Şəhər”in su təchizatı üçün 30 milyon manat - XƏRCLƏYƏCƏK
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndis Tikinti Layihə” MMC seçilib.
Qalib şirkətlə 2025-ci ilin sonuna kimi xidmətin göstərilməsini nəzərdə tutulan müqavilə üzrə 8,8 milyon manat ödəniləcək. (Apa)