"Azərsu" ASC məsləhət xidməti ilə bağlı təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Mekorot Water Campany LTD" MMC (VÖEN: 520010869) şirkəti olub.
Şirkətlə 2 839 000 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.