“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəralüminium" MMC 20 min ton bişirilmiş karbon anod blokların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: "Azəralüminium"un 30 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi Çinin “Sunstone Development Co" şirkətidir.
Qalib şirkətə 32,3 milyon manat ödəniləcək.