“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəralüminium" MMC oksid satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “Trafigura PTE Ltd”-dir.
Qalib şirkətə 29,325 milyon manat ödəniləcək.