"Azəralüminium" MMC texniki qazların (karbon, arqon, arqonmix, azot və s.) alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Satınalma predmeti: Texniki qazların (karbon, arqon, arqonmix, azot və s.)
ÜSL kod (kateqoriya): 24111000-5 Hidrogen, argon, nadir qazlar, azot və oksigen,
Müsabiqənin başlama tarixi və vaxtı: 20.04.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.05.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 25.05.2023 10:00
Çatdırılma yeri - Gəncə ş., Yevlax ş. 53
Çatdırılma müddəti - 5 gün
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Teymur Quliyev, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994505030375
Tələb olunan iddiaçıların sayı: 3
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd. Müvafiq orqan tərəfindən tender elanı tarixindən ən çox 30 gün əvvəl əldə edilmiş arayış olmalıdır.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Şirkətin rəsmi blankında imza və möhürlü təqdim olunmalıdır)
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd (İmza səlahiyyəti olan şəxsin təyin edilmə əmri və şəxsiyyət vəsiqəsi pdf formatda)
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalıdır).
İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar ƏŞT-dakı (6.1.14 bəndində) cədvələ uyğun verməlidir
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Karbon qazi |
(CO2) |
30.000 |
kg |
2 |
Azot qazı |
(tərkibi 99,99%) ГОСТ 9293-74 (İSO 2435-73) |
200 |
m(3) |
3 |
Qarışıq qaz |
TУ 2114-001-87144354-2012 Ar/20CO2 |
1.400 |
m(3) |
4 |
Arqon qazı |
ГОСТ 10157-79 |
3.200 |
m(3) |
5 |
Arqon qazı |
Ar 99.999% - laboratoriy |
800 |
m(3) |