"Azəralüminium" MMC daşıma xidməti ilə bağlı tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "SoyuzKontakt Trans" MMC (VÖEN: 1500152141) olub.
Şirkətlə 576 130 manat məbləğində müqavilə imzalanıb.
Çin Xalq Respublikasından 20 və 40 futluq konteynerlərdə müxtəlif materialların Gəncə sahəsində daşınmasının (80 konteyner) satın alınmasına dair nəzərdə tutulur.
Qeyd edək ki, "SoyuzKontakt Trans" MMC daha öncə də "Azəralüminium"dan 15 708 000 dəyərində tender müqaviləsi imzalayıb. Həmin müqavilədə İki il ərzində 220 000 ton gil-torpağın Poti portunnan hopper tipli vaqonlarla Azəraluminium MMC nin anbarına kimi daşınması xidməti nəzərdə tutulurdu (14.01.2021).