Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikiş və Təchizat İdarəsi “Respublikanın bir sıra təhsil müəssisələrində təmir və abadlıq işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “AR Group İnşaat” MMC olub.
Şirkətlə 6 milyon 813 min 247 manat məbləğində müqavilə imzalanıb. Layihənin ehtimal olunan qiyməti isə 7 milyon 414 min 864 manat idi.
"AR group İnşaat" daha öncə də qurumla Respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri tenderi üzrə 3 milyon 870 min 315,35 manat idi.













