Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi orta məktəb tikintisi işləri ilə bağlı 2 tendere yekun vurub.
Təhsil Nazirliyi 2 tenderə - YEKUN VURDU
FED.az xəbər verir ki, “Ağdam rayonu, Rzalar kənd 180 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması” tenderin qalibi “AZ-Caspian Construction” MMC olub.
Qalib şirkətə 2 778 782 manat ödəniləcək.
***
“Lerik rayonu, R. Nurullayev adına Cəngəmiran kənd 132 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması” tenderinin qalibi “Parlaq-N” MMC olub.
Qalib şirkətə 2 769 643 manat ödəniləcək.