"Azəralümünium" MMC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda elektroliz təknələrinin əsaslı təmiri üçün odadavamlı materialların satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 170 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Müsabiqənin başlama tarixi və vaxtı: 26.07.2023 12:10
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.08.2023 14:00
Hesab nömrəsi: AZ36İBAZ40040019446110810255
Bankın adı: ABB Gəncə filialı
Bankın kodu: 509352
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 990001881
Swift kodu:İBAZAZ2X
Ödəniş şərtləri - Qaimə-faktura tarixindən sonra 15 iş günü ərzində
Çatdırılma yeri - Gəncə ş., Yevlax ş. 53
Çatdırılma müddəti - 90 təqvim günü
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elçin Mabudov, Departament direktorunun müavini
Email: [email protected]
Əlaqə telefonu: +994502656048
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Ca-Si plitə (500x 500x 65 ) d=0.23 |
• İşçi temperatur: 1000 ̊C • Sıxlıq: 230 kg/m3 • Ölçülər: 500*500*65 mm |
18,6 |
ton |
2 |
Nəm keçirməyən material (yastıq üçün) Alüminium-silikat |
• Al2O3≥38%; • SiO2≤45%; • Sıxlıq=2g/cm3 • Maks. temperatur: 1580 ̊C; • İşçi temperatur: 1000 ̊C; • Müqavimət: 25 Mpa; • Quru tətbiq edilməli; |
570 |
ton |
3 |
Diatom kərpic 230x114x65 d=0,7 |
• İşçi temperatur: 700 ̊C; • Sıxlıq: 0.6g/cm3 • Müqavimət: 1.5MPa; • Termal keçiricilik w/m.k 350 ̊C±10 ̊C: 0.25 |
120 |
ton |
4 |
Yüngül odadavamlı tökmə üçün alüminium silikat əsaslı material d=2.2 |
• Al2O3≥40%; • SiO2≤42%; • Sıxlıq=0.8-1g/cm3 • Maks. temperatur: 1580 ̊C; • İşçi temperatur: 1200 ̊C; • Müqavimət: 6 Mpa; |
36 |
ton |
5 |
Yüksək möhkəmliyə malik odadamlı tökmə üçün alüminum -silikat əsaslı marerial d=2.2 |
• AL2O3: 43.45%; • SiO3: 50.1 %; • Fe2O3: 1.89%; • Maks. temperatur: 1780 ̊C; • Sıxlıq (110 ̊C *24h): 2.32g/cm3; • Əyilmə müqavimti (110 ̊C *24h): 5.6 MPa; • Müqavimət (110 ̊C *24h): 35.2 MPa; • İsitmədən sonra futirovkada dəyişmə (816 ̊C*3h): -0.2%; • İsitmədən sonra futirovkada dəyişmə (900 ̊C*3h): -0.22%; • Termal keçiricilik (W/mk): 204 ̊C =0.531; 429 ̊C=0.564; 649 ̊C=0.628; 871 ̊C=0.689; |
118 |
ton |
6 |
Daş kömür peki |
Topcithin SB, küllülük max 0.3% |
0,9 |
ton |
7 |
Karbon əsasli pasta (yapışqan) |
Küllülük 2.37% |
2,4 |
ton |