"Azəralüminium" təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda əritmə-tutma və induksion sobaların, maye metal çalovlarının və axın kanallarının cari təmiri üçün odadavamlı sementlər və quru beton qarışıqlarının satınalınması nəzərdə tutulur.
Müesabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 19.07.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:03.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 04.08.2023 14:00
Hesab nömrəsi: AZ36İBAZ40040019446110810255
Bankın adı: ABB Gəncə filialı
Bankın kodu: 509352
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 990001881
Swift kodu: İBAZAZ2X
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Gəncə şəhəri, Yevlax şosesi 53
Çatdırılma müddəti - 60 gün
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Həsən Həsənov, Aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 050 271 16 12
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Odadavamlı beton |
Təsviri - Alüminium tutma və əritmə sobalarında, indüksiyon sobalarının yanma kameralarında istifadə ediləcən möhkəmliyi və termal şok müqaviməti ilə yüksək nəticə göstərən beton qarışığı. Kimyəvi tərkibi: Al2O3 + TiO2-% 77, Fe2O3-% 1.2, CaO-% 1.8, SiO2-% 9-10; Fiziki xüsusiyyətləri: qatqı maye - su, su nisbəti -% 4-5, maskimim tətbiq olunma temperaturu - 1200 ° C, kütlə sıxlığı-2.90 (T / m3), birləşmə növü - keramika, saxlama müddəti -12 ay, dənəvərlik ölçüsü 4.2-5 mm, soyuq sınma qüvvəsi 120 (110) N / mm2 (° C), soyuq sınma qüvvəsi -150 (815 N / mm2 (° C), daimi xətti dəyişmə -0.4 (1000)% (° C); istilik keçiriciliyi- 800 ° C-2.3 W / mk; |
45 |
ton |
2 |
Odadavamlı beton (plastik) |
Kimyəvi tərkibi -Al2O3-86%, SiO2-6%, Fe2O3-1.2% TiO2-2.2%, CaO-0.3%, P2O3-3.4%; sıxlıq (kg/dm3)-2.; 110°C (kg/cm2)-95. |
2 |
ton |
3 |
Odadavamlı beton |
Təsviri - Terma şoklara davamlılığı və möhkəmliyi ilə çuqun tökmə çalovlarında və metal axın kanallarında istifadə olunur. Kimyəvi tərkibi -Al2O3 64%, CaO 1.5 %, FeO3 1.2%, sıxlıq (t/m3) 2.5, soyuq sınma qüvvəsi (110) N / mm2 (° C)-80N/mm2 |
8 |
ton |
4 |
Odadavamlı sement |
Təsviri: Boz dəmir, yüksək teperaturda əriyən əlvan metallar və polad tökmə üçün istifadə edilən yüksək, orta və aşağı tezlikli nüvəsiz induksiya sobaların astarlanmsı üçün istifadə olunan odadavamlı sement. Hissəciklərin ölçüsü:> 2 mm -17 ± 7% / 0.25-2 mm -38 ± 8 / <0.25mm 45 ± 8%; Kimyəvi tərkibi: Al2O3-0.9%, SiO2 -98-99%, Fe2O3 0.4%; sıxlığı - 2080kg / m3; Tətbiqi: əllə və ya vibrasiya avadanlıqları ilə alt və yan divarların bərkidilməsi ilə. |
10 |
ton |