Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsi "Gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması" üzrə elan etdiyi tenderi yekunlaşdırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin 3,8 milyon manatlıq abadlıq işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
FED.az xəbər verir ki. tenderin qalibi "Elmanado" MMC-dir.
İdarə qalib şirkət ilə məbləği 3 milyon 220 min 678 manat olan müqavilə bağlayıb.
Həmçinin, "Elmanado" MMC İdarənin "Furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə və fərqlənmə nişanlarının alınması" ilə bağlı keçirdiyi tenderin qalibi olub və 3 milyon 510 min 6 manatlıq müqavilə imzalayıb.
Hər iki müqavilə üzrə "Elmanado" şirkəti 6 milyon 730 min 774 manatlıq sifarişlər alıb. (Marja)