Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması ilə bağlı 3 tenderin qaliblərini açıqlayıb.
İcra Hakimiyyəti abadlıq işləri üzrə tender – ELAN EDİR – SİYAHI
FED.az xəbər verir ki, tenderlərin qalibi "Xezer-Construction", "Creat Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperatividir.
Belə ki, paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işləri üçün "Xezer-Construction" MMC-ə 2 milyon 510,7 min manat, dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması işləri üçün "Creat Company" MMC-ə 285,6 min manat və inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması işləri üçün "Cronos" Mənzil-Tikinti Kooperativinə 980,9 min manat ödəniləcək.
Tenderlərin ümumi dəyəri 3 milyon 777,2 min manatdır