Ədliyyə Nazirliyi tərəfindən Ağdam Rayon Məhkəməsi üçün Ağdam rayonu, Quzanlı kəndində yerləşən, ümumi sahəsi 99,8 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi Fiziki şəxs Məmmədov Murad Nəsib oğlu olub. Müqavilənin dəyəri 12 000 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.










