"Dövlət Sosial Müdafiə Fondu" PHŞ tərəfindən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi Rzayev Ramin Əhəd oğlu olub. Müqavilənin dəyəri 225 720 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.










