FED.az TENDER xəbər verir ki, AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ BAKI BAŞ SƏHİYYƏ İDARƏSİNİN TƏCİLİ YARDIM AVTOBAZASI 2019-cu ilin birinci yarımilliyində “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillər üçün ehtiyat hissələrinin, avtoşinlərin, akkumulyatorların və mühərrik, transmissiya yağlarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot - 1. “Mercedes-Benz Vito” markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.
Lot - 2. “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması
Lot - 3. “Mercedes-Benz Vito”,“Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün avtoşinlərin və akkumulyatorların satınalınması.
Lot - 4. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün mühərrik,transmissiya yağlarının satınalınması.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət,yüksək keyfiyyət (orijinal ehtiyat hissələri, “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli sürtkü yağları, akkumulyatorlar xarici, MDB ölkələri istisna olmaqla, istehsallı), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il yanvarın 17-dək Bakı, N.Quliyev küçəsi 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:
DXA
Kod: 210005
VÖEN 1401555071
M/h AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
BBSİ Təcili Yardım Avtobazası
Hh AZ10CTRE00000000000002128218
VÖEN 1500247381
Büdcə təsnifatı kodu - 142340
Büdcə səviyyəsi kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
– iştirak haqqının ödənilməsi barədə sənəd;
– tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 2%-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
– Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri,bir ədəd əsli və bir ədəd surəti (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2019-cu il yanvarın 17-dən gec olmayaraq Təcili Yardım Avtobazasının tender komissiyasına təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bir ədəd əsli,bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 28 yanvar 2019-cu il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.
Təklif zərfləri 29 yanvar 2019-cu il saat 14.00-da Təcili Yardım Avtobazasında açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefon: 541-54-80.
Nazirlik maşınlar üçün ehtiyat hissələri alır – TENDER ELANI
11:16
8 Dek 2018