Naxçıvan MR Təhsil Nazirliyi açıq tender elan edir.
Təhsil Nazirliyi iki məktəbin təmirinə - 7,8 MİLYON MANAT AYIRDI
FED.az xəbər verir ki, elanda Naxçıvan şəhəri 1000 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 0200017821
Satınalan təşkilatın ünvanı : Nizami küçəsi 51
Müsabiqənin başlama tarixi və vaxtı: 31.10.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.11.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 3.12.12023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 01.12.2023 11:00
Ödəniş şərtləri : ƏŞT-yə uyğun
Çatdırılma yeri : Naxçıvan şəhəri
Çatdırılma müddəti : 60 gün
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Analoji işlərlə bağlı müqavilə dəyəri son 5 (beş) il ərzində 2 milyon manat və bunlardan ən az 500 000 (beş yüz min) manat məbləğində baş podratçı kimi çalışmaq. (Bitmiş işlərin sənədləri qəbul ediləcək) (müqavilə,Forma-2,Təhvil-Təslim aktı)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Qasımov Elnur , Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu : 0505724273