Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi orta məktəblərin əsaslı təmir işləri ilə bağlı 2 tenderə yekun vurub.
“Təhsil Nazirliyi 2 şirkətə ümumilikdə 5 milyondan çox ödəyəcək -TENDERİN QALİBLƏRİ
FED.az xəbər verir ki, “İmişli rayonu, İ.Səfərov adına Yalavac kənd 624 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satınalınması” tenderin qalibi “VK Group N1” MMC olub.
Şirkətlə 3 237 910 manat məbləğində müqavilə imzalanıb.
“Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satınalınması” tenderin qalibi “Unıversal-S” MMC olub.
Şirkətlə 4 564 889 manat məbləğində müqavilə imzalanıb.