Azərbaycanda dövlət satınalmalarına nəzarət edən qurum - Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti noyabr ayında Milli Məclisin 2 tenderini ləğv edib.
Bakı İcra Hakimiyyətindən «Yeni il tenderi» sürprizi – VƏ YA DÖVLƏT TENDERİNİ NECƏ GİZLƏTMƏK OLAR?
FED.az xəbər verir ki, tenderlər parlamentin inzibati binasında müxtəlif xidmətlər və bir sıra avadanlıqların alınması ilə bağlı olub. Ləğv edilmənin səbəbi tender elanın düzgün yerləşdirilməməsi olub.
Ləğv edilən tenderlər (Lot 1) Xüsusi sifarişlə hazırlanmalı olan dəftərxana, mətbəə və digər malların satın alınması; (Lot 2) Xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmətlərin göstərilməsi üçün xüsusi sifarişlə hazırlanmalı olan hədiyyələrin və digər malların satın alınması; (Lot 3) İnzibati binaların kondisioner sistemlərinin və çiller qurğusunun təmir-bərpa işlərinin satın alınması; (Lot 4) İnzibati binanın vestibülü üçün payəndazın (ayaqaltı) satın alınması; (Lot 5) Xidməti otaqlar üçün jalüz pərdələrin satın alınması; Lot 6 - İnzibati binalarda zəif cərəyanlı sistemlərin quraşdırılması, rabitə və şəbəkə kabellərinin test olunması işlərinin satın alınması üzrə olub.
Qeyd edək ki, bu Milli Məclisin ləğv edilən ilk tenderləri deyil. Ötən il də parlamentin daha 3 tenderi ləğv olunmuşdu. .
Bura (1) kompüter, kompüter avadanlıqları, periferiya qurğuları (ehtiyyat hissələri daxil), katric, toner, məişət və video-foto avadanlıqlarının satın alınması, (2) Milli Məclisin inzibati binalarına və xidməti otaqlarına jalüzlərin satın alınması, Milli Məclisin inzibati binalarında cari təmir-bərpa işlərinin satın alınması işləri üzrə tenderlər aiddir.
Ləğv edilmənin səbəbi tenderlərə lazımi saydı iştirakçının qoşulmaması və tender təklifi formal tələblərə uyğun gəlməməsi olub.
Məsələ ilə bağlı Milli Məclisdən FED.az-a bildirilib ki, sözügedən təkliflər sorğusu və tenderlər yaranmış texniki səbəblərdən Milli Məclisin özü tərəfindən ləğv edilib.
Səbəblər aradan qaldırıldıqdan sonra həmin satınalmalar yenidən elan edilib və hazırda satınalma prosesi qanunvericilikdə nəzərdə tutulan prosedurlara əsasən davam etməkdədir.