“Bakı Metropoliteni” QSC keçirdiyi tenderlərin qalibini elan edib.
FED.az TENDER xəbər verir ki, 14 noyabr 2018-ci il tarixində 2 lot üzrə açıq tender keçirilib.
Lot1. “Bakı Metropoliteni” QSC Bənövşəyi xətt üzrə şərti adı”B03” olan stansiyasında asma tavanının quraşdırılması və işıqlandırılması işlərinin satın alınması üzrə keçirilən tenderdə “NİMEX” MMC qalib olub və şirkətlə 1 mln 414 min 245 manat dəyərində müqavilə imzalanıb.
Lot2. N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 yarımstansiyası üçün güc kabellərinin satınlınmasl üzrə tender predmeti 3 şirkət arasında bölüşdürülüb.
Bu şirkətlər: “STP” MMC (452 min 739 manat), “İnterkabel” firması (182 min 728 manat) və Göknur Bakı” MMC (117 min 619 manat) olub.
Qalib gəlmiş təşkilatlar 3,4 və 5 dekabr 2018-ci il tarixində müvafiq satınalma müqavilələri imzalanıb.
Metropoliten asma tavana 1 milyon xərcləyib
14:49
10 Dek 2018