Banner

Tenderlər

Mərkəzi Bank pulsayan maşınlar alır - TENDER

Mərkəzi Bank pulsayan maşınlar alır - TENDER | FED.az
09:36 21 May 2019

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq tender elan edir.

FED.az xəbər verir ki, tender Mərkəzi Bankda xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranların, pulsayan maşınların, dizayner studiyası üçün fotoparatların və onun linzasının satın alınması məqsədilə 3 lot üzrə keçirilir. 

İddiaçılar tender təkliflərini 09.07.2019-cu il saat 18:00-a qədər Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Tender proseduru 10.07.2019-cu il tarixində saat 15:00-da eyni ünvanda keçiriləcək. (Əlaqələndirici şəxs: Nəsib Pənahlı, telefon: 493-11-22 (dax: 440, 384))

Digər xəbərlər

Banner