Mərkəzi Bank keçirilmiş 4 tenderin qaliblərini elan edib.
Azəralüminum tender - ELAN EDİR
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Yevlax şəhəri, Heydər Əliyev prospekti 82 ünvanında yerləşən Ərazi İdarəsi üçün hava ilə soyudulan su soyutma qrupu (çiller) avadanlığının alınması və quraşdırılması işlərinin satın alınması tenderinin qalibi "ESTET" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Müqavilənin qiyməti 92 min 015 manatdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün dəftərxana mallarının satın alınması tenderinin qalibi "Ofis Plus" MMC olmuşdur və müqavilənin qiyməti 37 min 038 manatdır.
Azərbaycan Respublikası Mərkəzi Bankı üçün təsərrüfat mallarının satın alınması tenderinin qalibi Rafiq Əsəd Oğlu Nəsibov olmuşdur. Qalibə 61 min 985 manat ödəniləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankı üçün dezinfeksiya və qoruyucu vasitələrin satın alınması tenderinin qalibi isə "LARİC CHEMİCAL" MMC olmuşdur. Mərkəzi Bank şirkətə 43 min 082 manat ödəyəcək.