Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.
Eləcə də bax: Bu il şəhid ailələri və Qarabağ əlillərinə - 1500 MƏNZİL VERİLƏCƏK
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alınıb və daha 220 mənzilin alınması işləri davam edir.
Həmçinin respublikamızın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.
2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7600-ə yaxın mənzil və fərdi ev verilib.