Zərdab Rayon İcra Hakimiyyəti rayon ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsinə 2 şirkət cəlb edib.
FED.az xəbər verir ki, müqavilələrin ümumi dəyəri 1 milyon 122,545 min manatdır.
Eləcə də bax: Bakının mənzil-kommunalı üçün iri məbləğli - SATINALMA
“Ideal-Inshaat Company” MMC ilə bağlanmış birinci müqavilə abadlaşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 511,693 min manatdır.
“Aran Tikinti-Quraşdırma” MMC ilə bağlanmış ikinci müqavilənin predmeti yolların təmiri ilə bağlıdır. Müqavilənin dəyəri 610,852 min manatdır. (İnterfaks)