Ağstafa Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri ilə bağlı tenderin nəticəsini açıqlayıb. FED.az-ın məlumatına görə tenderin qalibi "Topxana Layihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 369 min 241 AZN dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət "Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022) tenderlərinin də qalibiu olub.