Neftçala Rayon İcra Hakimiyyəti tenderlərin qalibini açıqlayıb.
Eləcədə bax: BANM tender - ELAN EDİR
FED.az xəbər verir ki, İcra Hakimiyyəti aşağıdakı tenderlərin qalibini açıqlayıb
1.Yumşaq İnventar
2.Sair torpaq,tikili və avadanlıqların (bərk inventar) alınması
3.Körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri
4.Körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri
5.Daşınan 5 tonluq plastik çənlərin alınması
6.Maşın və avadanlıqların alınması
7.Dəftərxana və təsərrüfat malları
Qaliblər və qaliblərə ödəniləcək məbləğ müvafiq olaraq aşağıdakı kimidir.
1. Alinbətov Natiq Pənah oğlu - 12 min 980 manat
2. Cavad Teyyub Eyyub oğlu - 16 min 550 manat
3. "Azinqrup" MMC - 18 min 883 manat
4. "Azinqrup" MMC - 8 min 163 manat
5. "Vearos" MMC - 15 min 250 manat
6. "AS-FA 2018" MMC - 24 min 640 manat
7. Əsgərov Cavid Əlisahib oğlu - 10 min 600 manat
Ümumilikdə Neftçala Rayon İcra Hakimiyyəti qalib şirkətlərə 107 min 66 manat ödəyəcək.