Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəb tikintisi ilə bağlı növbəti tenderə yekun vurub
FED.az xəbər verir ki, tenderin qalibi “Rövşən Oğuz Mühəndislik” MMC (VÖEN: 1003708251) olub.
Qalib şirkətə 3 418 272 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Göygöl rayonu, E.Bayramov adına Topalhəsənli kənd 264 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması nəzərdə tutulur.