Göyçay Rayon İcra Hakimiyyəti « 2022-ci ildə Göyçay şəhərində küçələrin, dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "ATF" MMC olub. Şirkətlə 673 min 320 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qəbələ Rayon İcra Hakimiyyətinin 485 min 134 manat dəyərindəki “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri” (11.11.2022) tenderini qazanıb.