Bakı Dövlət Universiteti təmir işləri ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı Tədris binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 (Əlaqələndirici şəxs : NAİLƏ ƏSGƏRLİ telefon : +994125391536) ünvanından ala bilərlər.
Tenderdə iştirak haqqə İştirak haqqı 2000 AZN-dir.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 90 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd:• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.• İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə) a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi Anoloji işlərə dair azı 2 milyon manat həcmində müvafiq müqavilələr və təhvil-təslim aktı təqdim etməklə;Malgöndərinin kadr imkanları: 1.Tenderin predmeti üzrə şirkətin cəlb edəcəyi mütəxəssislərə məlumat (Şərtlər toplusu əlavə 1) d)Malgöndərənin maliyyə imkanları -Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (2021-ci il üzrə) -Mənfəət və Zərər haqqında hesabat (2021-ci il üzrə) ( Audit rəyi ilə təsdiq olunmaqla); Malgöndərənin texniki imkanları (şərtlər toplusu əlavə 2)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.12.2022 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.01.2023 16:00 qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 15.01.2023 10:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
E-şərtlər toplusunu tarixindən sonra əldə edə bilərsiniz.