Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binada kommunal infrastrukturun yaradılmasına 9,4 milyon manatdan çox vəsait yönəldəcək.
Eləcə də bax: Səfər Mehdiyev: "Gömrük Komitəsi proqnozdan əlavə 352 milyon manat vəsait toplayıb"
FED.az xəbər verir ki, DGK bu işlərin həyata keçirilməsi məqsədilə «ALFA-R Engineering» MMC-ni cəlb edib. Şirkətlə 9 milyon 428,2 min manat məbləğində müqavilə imzalanıb.
İşlərin həcminə yeni inzibati binanın isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması daxildir.
Xəbər verildiyi kimi, DGK yeni inzibati binanın inşasına 30 milyon manat yönəldəcək (cari məzənnə ilə $17,65 milyon). Qeyd olunan işlərin həyata keçirilməsi üçün "Progress" sənaye-istehsalat şirkəti podratçı qismində cəlb olunub. (İnterfaks)