"Azərsu" ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderin yekunlarını açıqlayıb.
Dövlət qurumu təmir işləri üzrə tender - ELAN EDİR - SİYAHI
FED.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi seçilib. Müqavilənin ümumi dəyəri 49,5 milyon manatdır.
Qeyd edək ki, şirkət 2025-ci ilin sonuna kimi Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işləri başa çatdıracaq. (Apa)