Fövqəladə Hallar Nazirliyinin (FHN) tenderi ləğv edilib.
Eləcə də bax: Təkliflər yaxşı olmadı - TENDERLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, ləğv olunan tender dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin satınalınması tenderidir.
Tenderin ləğv olunma səbəbi tender iştirakçılarının sayının 3 dən az olmasıdır. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən ləğv edilib.
Qeyd edək ki, tender 22 iyun 2020-ci il tarixdə elan edilib, 22 iyul 2020-ci il tarixdə dəyişdirilib.